Vardan Oskanyan: “ “Sürix” protokolları olmasaydı Sarkisyan Azərbaycana 5 rayonu qaytaracaqdı” - AÇIQLAMA

Vardan Oskanyan: “ “Sürix” protokolları olmasaydı Sarkisyan Azərbaycana 5 rayonu qaytaracaqdı” - AÇIQLAMA

"VikiLiks" Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni məlumatları dərc edib. SİA-nın xəbərinə görə, söhbət ABŞ-ın Ermənistandakı səfiri olmuş Mari Yovanoviçin Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyanın görüşünə aid yazışmadan gedir.

Belə ki, yazışmada Oskanyan görüş zamanı Qarabağ məsələsinin həllində vəziyyətin pisləşməsi haqda danışıb. O, münaqişənin nizamlanmasına mane törədən iki məsələnin mövcudluğuna toxunub. Birincisi odur ki, insanlar münaqişənin danışıqlar yolu ilə həllinə inanmırlar, ikincisi isə regionda hərbi balans Azərbaycanın xeyrinə pozulur. Türkiyə-Ermənistan protokolları da Qarabağ ətrafında razılaşmanın əldə edilməsinə mane olur.

Eks-diplomat bildirib ki, bu protokollar olmasa idi, Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycana 5 rayonunu qaytarmaq niyyətində olub. Digər 2 rayonu isə gələcək planlara saxlayırmış.

Bütün xəbərlər Facebook səhifəmizdə