Konstitusiya Məhkəməsinin sədri: “Azərbaycanda siyasi sahədə sabitlik bir çoxlarının xoşuna gəlmir”
"Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycana aid qərarlarının bəziləri ilə bağlı mübahisə də etmək olar". SİA-nın xəbərinə görə, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarındakı çıxışında deyib: "Ancaq fakt odur ki, həmin qərarlar icra olunur. Avropa İnsan Haqları Məhkəməsində seçki hüququnun pozulması ilə bağlı müxtəlif ölkələrdən xeyli sayda müraciətlər daxil olur. Belə ki, son müddətdə həmin şikayətlərin sayı da artıb. Bizim üçün Avropa Konvensiyasında göstərilən bütün müddəaları keçərli olmalıdır. Əgər Avropa Konvensiyasının müddəaları ilə Azərbaycan qanunvericiliyi ilə bağlı uyğunsuzluq olarsa, Konvensiyanın müddəaları əsas götürülməlidir" - deyə, F. Abdullayev əlavə edib.
Avropada Azərbaycana qarşı qısqanclıqlığın mövcudluğuna diqqət çəkən F.Abdullayev bu qısqanclığın Dağlıq Qarabağ məsələsində də hiss olunduğunu vurğulayıb: "Ukrayna və Moldova kimi ölkələrdə neçə illərdən bəri yaşanan siyasi prosesləri hamıya bəllidir. Lakin Azərbaycanda bütün sahələrdə olduğu kimi siyasi sahədə də sabitlik mövcuddur. Bu isə bir çoxlarının xoşuna gəlmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB