Bəhman Nəbiyev: “Bakı şəhərində 65 yaşı ötmüş 2 min müəllimin müqaviləsi artıq ləğv olunub” - MÜNASİBƏT
65 yaşı tamam olmuş müəllimlərin işdən azad olunması digər müəllimlərin dərs təminatının yaxşılaşdırılmasına kömək edəcək. Bunu bu gün Bakı şəhər təhsil işçilərinin ənənəvi sentyabr konfransında 65 yaşı tamam olmuş müəllimlərin işdən azad olunması məsələsinə münasibət bildirərkən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Proteji təlim planlaşdırma və kadrların idarə olunması sektorunun müdiri Bəhman Nəbiyev jurnalistlərə açıqlamasında bildirib.
SİA-nın xəbərinə görə, sektor müdiri artıq bununla bağlı Azərbaycan Respublikasının əmək məcəlləsinə dəyişikliklər edildiyini və qanunun təsdiq olunduğunu qeyd edib. B.Nəbiyev Bakı Şəhər Təhsil İdarəsində bu qanunun qəbul olunduqdan sonra müvafiq təhlillər aparıldığını, yaranacaq problemlərin analiz olunaraq tədbirlər görüldüyünü jurnalistlərin diqqətinə çatdırıb: "Bakı şəhər Təhsil İdarəsinin tabeliyində təxminən 2 min nəfərin yaşı 65-i ötüb və onlarla bağlanmış müqavilə artıq ləğv olunub. Əgər hər hansı bir məktəbdə kadra ehtiyac yaranarsa, biz 2 faiz müəllimdən istifadə edərək o müəllimlərin işdə qalmasına şərait yarada bilərik".
B.Nəbiyev 31 nəfər məktəb direktorunun siyahılarının hazırlanaraq Təhsil Nazirliyinə göndərildiyini qeyd edib. Çünki məktəb direktorlarının işə qəbulu və işdən azad olunması biləvasitə Təhsil Nazirliyinin sərəncamındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB