Əli Həsənov: “Bəzi qəzetlər informasiya ötürmək funksiyasını siyasi və maddi ambisiyalarına qurban verir” - AÇIQLAMA

Əli Həsənov: “Bəzi qəzetlər informasiya ötürmək funksiyasını siyasi və maddi ambisiyalarına qurban verir” - AÇIQLAMA

"Artıq vətəndaşlar qəzetdə hər hansı bir məlumatı oxuyanda ona inanmır və həmin xəbərin televiziyada təsdiq olunmasını gözləyir". SİA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının (DSK) sədrləri üçün keçirilən ixtisaslaşdırılmış kurslarda çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib: "Bu gün təəssüf ki, ölkədəki qəzetlər ictimai informasiya yükünü itirib"-deyə o, əlavə edib.

Bəzi qəzetlərin informasiya ötürmək funksiyasını siyasi və maddi ambisiyalarına qurban vermələrindən təəssüflənidiyini bildirən Prezident Administrasiyasının şöbə müdiri qeyd edib ki, əgər bir şəxs səhər qəzet alanda oradan obyektiv, düzgün məlumat ala bilmirsə, həmin qəzet öz ictimai-siyasi vəzifəsini yerinə yetirməmiş sayılır: "Jurnalist heç vaxt mülahizə ilə çıxış etməli deyil, çünki hər redaksiya öz informasiyasının dəqiqliyinə, operativliyinə görə məsuliyyət daşıyır.




Bütün xəbərlər Facebook səhifəmizdə