Rəsmi Bratislava: \"Dağlıq Qarabağ məsələsində Slovakiya Respublikasının rəsmi mövqeyi dəyişməz qalır\"
Dağlıq Qarabağ məsələsində Slovakiya Respublikasının rəsmi mövqeyi dəyişməz qalır, beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünə əməl olunması prinsipinə əsaslanır.
Səfirlikdən SİA-ya verilən xəbərinə görə, bu sözlər Slovakiyanın Moskvadakı səfirliyinin Slovakiya vətəndaşları Yan Çarnoqurski və Frantişek Mikloşko adından Dağlıq Qarabağa \"müstəqiliyinin\" 20 illiyi münasibətilə göndərilmiş təbrik barəsində 2011-ci il sentyabrın 1-də Rusiya, Azərbaycan və Ermənistanın KİV-lərində dərc olunmuş informasiya ilə bağlı rəsmi yaydığı məlumatda bildirir.
Məlumatda həmçinin bildirilir ki, təbrik onların öz təşəbbüsüdür və KİV-lərdə dərc olunmuş məlumatda göstərilən vəzifələri - \"Slovakiya hökumətinin baş naziri və Milli Məclisin sədri\" vəzifələri həqiqətə uyğun deyil: "Yan Çarnoqurski və Frantişek Mikloşko Slovakiyanın keçmiş deputatları və siyasətçiləridir. Onlar artıq ölkənin fəal siyasi həyatında iştirak etmirlər və Slovakiyanın indiki hökumətində heç bir vəzifə tutmurlar\", - səfirliyin məlumatında deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB