İsrailin Ankaradakı səfirinin köməkçisi XİN-ə çağrılıb

İsrailin Ankaradakı səfirinin köməkçisi XİN-ə çağrılıb

İsrailin Ankaradakı səfirinin köməkçisi Ella Aphekin Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb. SİA-nın xəbərinə görə, bu barədə məlumatı Türkiyə KİV-i yayıb.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, səfirin köməkçisi Aphek dünən Xarici İşlər Nazirliyinə çağırılıb və Türkiyənin İsrail ilə əlaqədar qərarları şifahi olaraq ona çatdırılıb.

Qeyd edək ki, BMT-nin mətbuata sızan \"Mavi Mərmərə\" hesabatında İsrailin xeyrinə mövqe nümayiş etdirməsi ilə bağlı Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu açıqlama verib.

O, Türkiyə-İsrail əlaqələrinin kəsildiyini rəsmi olaraq deyib və bununla bağlı qərarı açıqlayıb: \"Türk-İsrail diplomatik münasibətləri ikinci katib səviyyəsinə endiriləcək, Türkiyə-İsrail hərbi müqavilələrinin hamısı təxirə salınacaq, Şərqi Aralıq dənizində ən uzun sahil zolağına malik və sahilyanı dövlət kimi Türkiyə naviqasiya sərbəstliyi üçün lazım bildiyi hər cür tədbirləri görür. Türkiyə İsrailin Qəzza mühasirəsini tanımır. Bu mövzuda lazımlı bütün cəhdləri edəcək. Türkiyə tərəfindən İsrailin hücumu zamanı qətlə yetirilən türk və xarici vətəndaşların məhkəmə proseslərində haqqın yerini tapması üçün hər cür dəstək göstəriləcək\".

Bütün xəbərlər Facebook səhifəmizdə