Azərbaycanın Meksikadakı səfiri eyni zamanda etimadnaməsini Kolumbiya prezidentinə təqdim edib
Azərbaycanın Meksikadakı səfiri İ.Muxtarov Azərbaycan Respublikasının eyni zamanda Kolumbiya Respublikasında səfiri təyin edilməsi ilə əlaqədar etimadnamələrini Kolumbiya prezidenti Xuan Manuel Santosa (Juan Manuel Santos) təqdim edib. Səfirlikdən SİA-ya verilən xəbərə görə, görüş zamanı səfir İ.Muxtarov Azərbaycan prezidenti İlham Əliyevin Kolumbiya prezidenti X.M.Santosa salamlarını çatdırıb.
Görüşdə iki ölkə arasında münasibətlərin inkişaf perspektivləri, o cümlədən enerji sahəsində əməkdaşlıq imkanları, mövcud siyasi əlaqələrin genişləndirilməsinə dair qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə edilib. Səfir İ.Muxtarov Azərbaycanın tarixi, mədəniyyəti, ölkəmizin iqtisadi potensialı, habelə Ermənistanın Azərbaycana qarşı təcavüzü və münaqişənin həlli istiqamətində davam edən danışıqlar prosesi haqda Kolumbiya prezidenti X.M.Santosa məlumat verib.
Səfir İ.Muxtarov etimadnamələrin surətini Kolumbiya Xarici İşlər Nazirliyinin rəhbərliyinə də təqdim edib.
Səfər çərçivəsində səfir İ.Muxtarov həmçinin Kolumbiya Xarici İşlər Nazirliyi, Senat üzvləri, Mədənçıxarma və Enerji Nazirliyi, Nəqliyyat Nazirliyi, Kommersiya Nazirliyi və Diplomatik Akademiyanın rəhbərləri və rəsmiləri ilə işgüzar görüşlər keçirib.
Keçirilən görüşlər zamanı yaxın gələcəkdə iki ölkə rəsmilərinin yüksək səviyyəli səfərləri, Azərbaycan və Kolumbiya arasında geniş spektrdə əlaqələrin inkişaf perspektivləri, o cümlədən mövcud uğurlu siyasi əməkdaşlığın davam etdirilməsi, iqtisadi-ticarət, qarşılıqlı investisiya qoyuluşları, mədəniyət və təhsil sahələrində əməkdaşlıq, habelə iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.
Səfər zamanı səfir İ.Muxtarov Kolumbiyanın bir sıra kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb və müsahibələr verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB