Rusiyaya məxsus sərnişin təyyarəsi qəzadan son anada qurtulmağa nail olub

Rusiyaya məxsus sərnişin təyyarəsi qəzadan son anada qurtulmağa nail olub

Orenburqdan Antaliyaya istiqamət götürmüş Boinq-737 sərnişin təyyarəsi bir müddət sonra geri qayıtmağa məcbur olub. SİA-nın verdiyi məlumata görə, buna təyyarənin şassilərinin bağlanmaması səbəb olub. \"İnterfaks\" agentliyinin verdiyi xəbərə görə, Orenburq aeroportunun dispeçer xidməti təyyarə havaya qalxdıqdan sonra pilotlardan məlumat alıblar ki, təyyarənin təkər hissəsi olan şassilər bağlanmır. Bundan sonra hava nəqliyyatının komandiri yanacağın bir hissəsini havada boşaltdıqdan sonra yenidən Orenburq hava limanına eniş edib. Hadisə nəticəsində heç kimin xəsarət almadığı məlumat verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə