Beynəlxalq Valyuta Fondunun keçmiş rəhbəri Dominik Stross-Kan ABŞ ərazisini tərkedərək vətəni Fransaya yollanıb. Xatırladaq ki, bu şəxs Nyu-York otellərinin birində orada xidmətçi vəzifəsində çalışan qadına təcavüz etdiyinə görə, məhkəməyə verilmişdi. SİA Aganse Franse-Presse agentliyinin Stross-Kanna yaxın mənbələrdən əldə etdiyi informasiyaya istinad edərək verdiyi məlumata görə, o və həyat yoldaşı Air Franse təyyarə şirkətinin reysi ilə sentyabrın 4-də Parisə uçmağı planlaşdırmışdı. Nyu-York aeroportunda onu çoxsaylı jurnalist ordusu müşahidə edib.
Lakin Kan heç bir açıqlama verməyərək onlardan uzaqlaşıb.
Xatırladaq ki, Stross-Kan məhz Nyu-York aeroportunda 14 may tarixində saxlanılmışdı. Ona ştatın Sofitel otelində çalışan Nafissatu Diallo adli qadina təcavüz etdiyi ittihami irəli sürülmüşdü. ƏvvəlcəValyuta Fondunun keçmiş rəhbəri nəzarət altında saxlnmış, sonradan isə müəyyən girov müqabilində azadlığa buraxılmışdı. Sonda məlum olmuşdu ki, ona qarşı irəli sürülən ittihamların əksəriyyəti əsassızdır. Məhz bundan sonra Kanın üzərindən ittihamlar geri götürülüb, 23 avqust tarixində onun pasportu geri qaytarılıb.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB