65 yaşlı müəllimlərlər hansı halda işlərinə davam edə bilərlər? - ŞƏRTLƏR

65 yaşlı müəllimlərlər hansı halda işlərinə davam edə bilərlər? - ŞƏRTLƏR

Təhsil Nazirliyinin strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsini müdiri Fərzəli Qədirov 65 yaşlı işdən azad edilən müəllimlərin pensiya təminatının necə olacağına aydınlıq gətirib. SİA-nın xəbərinə görə, şöbə müdiri jurnalistlərinə açıqlamasında bildirib ki, artıq bu prosesə başlanıb. 65 yaşlı müəllimlərin işdən çıxarılmasının məktəblərin işi olduğunu deyən F.Qədirovun sözlərinə görə, hər bir məktəb artıq bilir ki, 65 yaşlı yuxarı neçə müəllimi var. O deyib ki, müəllimlər artıq məzuniyyətdən qayıtdıqca qanunvericiliyə uyğun olaraq işdən azad edilməyə başlayıblar.

Pensiya təminatına gəlincə, nazirlik rəsmisi qeyd edib ki, hələlik həmin müəllimlər mövcud qanunvericiliyə uyğun pensiya alacaqlar: "Müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı sənəd hələlik təsdiq edilməyib. Biz də gözləyirik ki, həmin sənəd təsdiq edilsin, bundan sonra müəllimlərin təminatında müəyyən yeniliklər olacaq. Ancaq o təsdiq edilməyi üçün bir söz demək mümkün deyil".

F.Qədirov deyib ki, yerlərə Təhsil Nazirliyinin əmri və digər reqlamentləşdirici sənədlər göndərilib: "Belə meyarlar müəyyənləşdirilib ki, əgər müəllimin işlədiyi yerdə həmin müəllimi əvəz etmək mümkün deyilsə, kifayət qədər dərs saatı varsa, o, fənn üzrə yalnız bir ixtisas müəllimidirsə, səhhəti də işləməyə imkan verirsə, onunla növbəti 1 il üçün də müqavilə bağlana bilər. Belə tapşırıq da verilib ki, ümumiyyətlə, 65 yaşlı müəllimlərin işdə getməsi ilə bağlı təhlillər aparılsın. Əgər haradasa ixtisas üzrə fənn müəllimi olmayacaqsa, ora yeni müəllimlərin işə qəbul edilməsi hala yaranacaqsa, məktəblər bizə bu barədə məlumat verəcək.
Biz bununla bağlı ya müsabiqə keçirəcək, ya da həmin yerləri ehtiyat kadrlara təklif edəcəyik. Hesab edirəm ki, ciddi problem yaranmayacaq. Şəhərlərdə müəllim sıxlığı olduğundan bu problem olmayacaq. Yaşlı müəllimlərin getməsi ilə məktəblərdə ehtiyac yaranmayacaq və onların fənləri digər fənn müəllimlər arasında bölünəcək. Ucqar kənd məktəbləri ilə bağlı isə problem yarana bilər. ona da uyğun olaraq imkan daxilindəı, müəyyənləşdiirlmiş limit çərçivəsində müəllimlərlə bir illik müqavilə bağlamaq imkanları olacaq. Belə olmadığı təqdirdə isə Təhsil Nazirliyi yenə də lazımi tədbirlər görəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə