MDB Xarici İşlər Nazirləri Şurasının iclasında Azərbaycanı nazir müavini Xələf Xələfov təmsil edəcək
Sabah Düşənbədə başlayacaq MDB Xarici İşlər Nazirləri Şurasının iclasında Azərbaycanı nazir müavini Xələf Xələfov təmsil edəcək.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, şuranın iclasında qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər müzakirəyə çıxarılacaq.
Sentyabrın 3-də isə Tacikistan paytaxtında MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək. İclasda Azərbaycanı baş nazir Artur Rəsizadə təmsil edəcək. MDB-nin sammiti birliyin 20 illik yubileyinə təsadüf edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB