Venesuela prezidenti Uqo Çaves ağır xəstəlikdən qurtulacaqmı?

Venesuela prezidenti Uqo Çaves ağır xəstəlikdən qurtulacaqmı?
Venesuelanın ağır xəstəlikdən əziyyət çəkən dövlət başçısı Uqo Çaves artıq üçüncü dəfə kimyəvi terapiya keçəcəyini bəyan edib və öncəkilərdən fərqli olaraq bu dəfəki terapiyanı öz vətənində qəbul edəcək - deyə Asssoşeyted Press xəbər agentliyi məlumat verir. Çavesin özü bu barədə açıqlama verərkən deyib ki, müalicə kursu bir-iki günəbaşlayacaq və Karakasdakı hərbi hospitalın birində reallaşacaq. O həmçinin əlavə edib ki, daha öncə kimyəvi terapiya üçün getdiyi Kubaya səfər etməyəcək. Bu qərarı onun özü deyil, həkimlərinin verdiyi də açıqlama içərisində yer alıb.

Qeyd edək ki, Venesuela prezidentinin xərçəng xəstəliyinə tutulduğu xəbəri dünyanın bir neçə nüfuzlu xəbər agentlikləri tərəfindən verilmişdi. Lakin Çaves bu xəbərlərin yalan olduğunu önə sürərək, bunu qərbin ona və xalqına qarşı informasiya müharibəsi apardığını demişdi. O, həm də bildirib ki, kurs keçdiyi kimyəvi terapiya yalnız xərçəng xəstəliyinin qarşısını alamaq üçündür və onda heç bir xəstəlik müşahidə olunmur. Lakin Çaves 10 və 20 iyun tarixlərində Havanada iki dəfə əməliyyat keçirib, daha sonra isə daha iki dəfə kimyəvi terapiya kursu keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə