Bu gün Yaponiyanın hakim Demokrat Partiyasında
seçkilərə start verilib. SİA-nın aldığı məlumata görə, seçkiləri ölkənin NHK kanalı
canlı olaraq yayımlamaqdadır. Belə ki, keçən həftənin cümə
günündə partiya sədri və baş nazir Naoto Kan
istefa verdiyini bəyan etmişdi. Məlumatda o da bildirilir ki, seçiləcək partiya
sədri eyni zamanda baş nazir postuna da sahib çıxacaq. Seçkilərdə beş nəfər namizəd
mübarizə aparır. Onlar sənaye və iqtisadiyyat naziri Banri Keyda, keçmişxarici
işlər naziri Seydzi Maexara, maliyyənaziri İosixiko Noda, kənd təsərrüfatı,
meşə və balıqçılıq naziri Mitixiko Kano və keçmiş nəqliyyat və dövlət
torpaqları naziri Sumito Mabutidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB