ABŞ-ın şərq sahillərini vuran "Ayrin" qasırğasının qurbanları və zərərləri artmaqda davam edir. Artıq 1 milyondan artıq ev elektrik enerjisiz qalıb. Qasırğa nəticəsində həlak olanların sayı 11 nəfərə çatıb. Nyu-Yorkda ictimai nəqliyyat dayanıb, metro işləmir, 5 hava limanının hamısı bağlanıb. Küçələr bomboşdur, yalnız hərdənbir şəhər xidmətlərinin avtomobilləri görünür. Artıq Kuba və Haiti ərazisindən keçmiş qasırğa bir qədər zəifləyib. Buna rəğmən Saffir-Simpson şkalası ilə "Ayrin" I kateqoriyalı qasırğa sayılıb. Virciniya ştatından Massaçusetsə qədər ərazidə evakuasiya aparılıb.
Qasırğa və tufan nəticəsində Şimali Karolina ştatında 5 nəfər həlak olub. İki nəfər avtomobilin üzərinə ağac düşməsi, iki nəfər yol-nəqliyyat qəzasında, bir nəfər isə yoldakı daşqın nəticəsində həlak olub. Virciniya ştatında ölənlərin sayı üç nəfərdir. Floridada bir serfingisti nəhəng dalğa öldürüb. Digər iki qurbanın kimliyi barədə heç nə bilinmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB