Azərbaycan BMT-nın Təhlükəsizlik Şurasına müraciət edib

Azərbaycan BMT-nın Təhlükəsizlik Şurasına müraciət edib

"Azərbaycan müharibədən əziyyət çəkib və digər münaqişələrin bilavasitə yaxınlığında yerləşir".SİA-nın məlumatına görə, bu sözləri Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin müşaviri Yusif Məmmədəliyev BMT-nin sülhyaratma əməliyyatları ilə bağlı müzakrələrində çıxış edərkən bildirib. Azərbaycan nümayəndəsi BMT-nın prinsiplərinə və nizamnaməsinə, eləcə də dövlət suverenliyinə ciddi şəkildə əməl olunmasının vacibliyini BMT Təhlükəsizlik Şurasının diqqətinə çatdırıb.

O bildirib ki, məsələ ilə əlaqədar beynəlxalq humanitar hüquq və insan haqları məsələlərinə xüsusi diqqət ayrılmalıdır: "Sülhyaratma fəaliyyətində hərbi və siyasi kontingenti təmsil edən ölkələrin daha aktiv iştirakı ilə bütün tərəfdaşlar arasında daha sıx əməkdaşlığı və dialoqu dəstəkləyirik. Bütün bunlarla yanaşı, Azərbaycan BMT-nin sülhyaratma fəaliyyətinə öz töhfəsini verən ölkədir və hər zaman sülhə sadiqdir".

Bütün xəbərlər Facebook səhifəmizdə