ATƏT-in Bakı ofisi narahat olub

ATƏT-in Bakı Ofisi Babək Həsənov, Zülfüqar Eyvazov, Elşən Həsənov, Arif Alışlı, Elnur İsrafilov və Sahib Kərimovun 2 Aprel nümayişində iştirakları ilə əlaqədar məhkum olunmasından narahatlıq ifadə edən bəyanat yayıb. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ATƏT-in Bakı Ofisi bu məhkəmə işini müşahidə edib və nəticədə prosesin şəffaflığına dair narahatlıq doğuran suallar yaranıb.

"Bu işin Apelyasiya Məhkəməsində hərtərəfli baxılacağına ümid edirik"- deyə bəyanata göstərilib.

Eyni zamanda bəyanatda: "ATƏT-in Bakı Ofisi ölkədə məhkəmə islahatları və, toplaşma azadlığı da daxil olmaqla, fundamental hüquq və azadlıqlarının tam həyata keçirilməsini dəstəkləmək üçün Azərbaycan Hökuməti ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirir"- qeyd olunur

Bütün xəbərlər Facebook səhifəmizdə