Sarkisyan-diaspora münaqişəsi dərinləşir

Sarkisyan-diaspora münaqişəsi dərinləşir

Ermənistan müstəqilliyinin 20-ci ildönümünə hazırlaşdığı ərəfədə prezident Serj Sarkisyan, diaspora, eləcə də müxalifət tərəfdarları arasındakı gərginlik artmaq üzrədir. Xatırladaq ki, Serj Sarkisyan həmişə arxalandığı erməni diasporasının qəzəbinə tuş gəlib. Belə ki, Los-Ancelesdə yaşayan ermənilər Sarkisyanın ABŞ-a buraxılmaması üçün kampaniyaya başlayıb. Onlar onun adını Birləmiş Ştatlarda arzuolunmaz şəxslər siyahısına daxil etməyə çalışırlar.


SİA-nın verdiyi məlumata görə, Azərbaycan-Amerika Şurasının baş direktoru Cavid Hüseynov ANS-ə bu gərginliyi doğuran səbəblərdən danışıb: "Erməni diaporası ilə Sarkisyan arasında müəyyən qarşıdurma var. Məhz Türkiyə məsələsinə görə ona qarşıdırlar. Onlar görür ki, Sarkisyanın apardığı siyasət Ermənistan üçün heç bir nəticə vermir. Ona görə də, erməni diasporası bundan narahatçılığını bildirir".


C.Hüseynovun sözlərinə görə, erməni diasporası Sarkisyanın ABŞ-a gəlməsini istəmir. "Ermənistan hökuməti istəyir ki, erməni diasporasının mövqeyi Dağlıq Qarabağa yönədilsin, nəinki Türkiyə məsələsinə. Klassik antitürk diasporası ilə Sarkisyan hökumətinin əsas fərqi budur. Sarkisyan hökuməti çalışır ki, Qarabağ məsələsini gündəmə gətirsin, diaspora isə daha çox Türkiyə məsələsilə məşğul olsun", - deyə o vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə