Fuad Muradov: “Fransa parlamentinin üzvlərinin Dağlıq Qarabağa səfəri Azərbaycanın suverenliyinə hörmətsizlikdir” - MÖVQE
"Fransa parlamentinin üzvlərinin Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa etdiyi səfərə haqq qazandırmaq mümkün deyil. Bu addım ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın vasitəçilik missiyası ilə tam ziddiyyət təşkil edir". SİA-nın xəbərinə görə, bu fikirləri Azərbaycan–Fransa Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məclisin deputatı Fuad Muradov deyib.
F.Muradov bildirib ki,
bu hərəkətlər həmsədrlərin münaqişənin həlli istiqamətində atdığı addımlara
adekvat deyil. Onun sözlərinə görə, separatçı rejimlərlə həmrəylik nümayiş
etdirmək yolverilməzdir.
"Münaqişənin həlli ilə bağlı
Azərbaycanın mövqeyi beynəlxalq hüquq prinsiplərinə əsaslanır. Bütün dünya
Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Belə olan halda, Fransa
deputatlarının bu hərəkəti ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə
hörmətsizlikdir", - deyə F.Muradov qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB