Latviya Milli Azlıqların İşləri üzrə Məsləhət Şurasının sədri vəzifəsinə azərbaycanlı təyin edilib
Latviya Prezidenti Andris Berzinş Latviya Milli Azlıqların İşləri üzrə Məsləhət Şurasının fəaliyyətini bərpa edərək Şuranın rəhbəri vəzifəsinə Latviyadakı "Ocaq" Azərbaycan Mədəniyyəti Mərkəzi Şurasının sədri, Riqa Klassik Gimnaziyasının direktoru, azərbaycanlı Roman Əliyevi təyin edib.
SİA-nın xəbərinə görə, həmçinin prezident Şuranın yeni əsasnaməsini və tərkibini təsdiq edib. Şuranın məqsədi milli azlıqların etnik, mədəni, dil və din identikliyi məsələlərinə dair dialoqa və onların ölkənin sosial-siyasi həyatında iştirakına şərait yaratmaqdır.
Qeyd edək ki, prezident ilə Milli Azlıqların İşləri üzrə Məsləhət Şurasının sədrinin növbəti görüşü sentyabrda olacaqdır. Həmin görüşdə Şuranın birinci iclasının gündəliyinə daxil ediləcək məsələlərin dəqiqləşdirilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB