Çin Suriyadakı qarşı tərəflərə xəbərdarlıq etdi

Çin Suriyadakı qarşı tərəflərə xəbərdarlıq etdi
Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin rəsmisi Ma Zhaoxu beynəlxalq aləmi Suriyada hökumət tərəfindən vəd edilən islahatları gerçəkləşdirmək istiqamətində yardım etməyə çağırıb. Ma bu yardımların Suriyada durumun normal vəziyyətə dönməsinə yararlı olacağını söyləyib. Çinin dövlət rəsmisi eyni zamanda Suriyadakı qarşı tərəflərə şiddətdən çəkinməyi də məsləhət görüb.
Xatırladaq ki, BMT nin İnsan Haqları Komissiyası keçdiyimiz günlərdə Cenevrədə Suriya probleminin çözülməsi üçün geniş tərkibdə toplantı keçirmişdi. Çin həmin toplantıda Suriyanın gələcəyini xarici ölkələrin deyil, xalqın öhdəsinə buraxılmasını tələb etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə