Sabah Minskdə MDB-nin iqtisadi inkişaf strategiyası müzakirə olunacaq

Sabah Minskdə MDB-nin iqtisadi inkişaf strategiyası müzakirə olunacaq

Sabah Minskdə MDB İcraiyyə Komitəsində birliyin iştirakçısı olan dövlətlərin MDB-nin nizamnamə və digər orqanlarındakı daimi səlahiyyətli nümayəndələri şurasının iclası keçiriləcək. SİA-nın xəbərinə görə, iclasda daimi nümayəndələr 5 məsələyə baxacaqlar. Ən vacib məsələ isə Hökumət başçıları şurasının oktyabrın 18-də Sankt-Peterburqda keçirilməsi planlaşdırılan növbəti iclasının gündəliyinin açıqlanması olacaq.

İclasda həmçinin azad ticarət zonası haqqında müqavilənin layihəsi, 2020-ci ilədək olan dövr üçün Müstəqil Dövlətlər Birliyinin iqtisadi inkişaf strategiyasının ikinci mərhələsinin həyata keçirilməsinə dair Tədbirlər planı, dövlətlərarası innovasiya əməkdaşlığı proqramı, əmtəələrin mənşə ölkəsinin müəyyənləşdirilməsi qaydaları haqqında sazişə düzəlişlər müzakirə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə