19 avqust Milli Qəhrəman Hidayət Rüstəmovun doğum günüdür. Qarabağ Azadlıq Təşkilatından SİA-ya verilən xəbərə görə, Hidayət Eldar oğlu Rüstəmov 1970-ci il avqustun 19-da Ağdam rayonu Xıdırlı kəndində anadan olub. O, 1991-ci ildən Ağdam rayonunda polis (milis) çavuşu kimi çalışıb, döyüşlərdə rəşadət göstərib. Həmin il dekabrın 23-də Meşəli kəndinin dinc sakinlərini düşmən hücumundan xilas etmək üçün köməyə gedib, tək başına düşmənin böyük qüvvəsinin qarşısını alıb, istehkam etdiyi evdə son nəfəsinədək vuruşub və qəhrəmancasına həlak olub.
Ağdam şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB