Prezident İlham Əliyev Əfqanıstan xalqını təbrik edib

Prezident İlham Əliyev Əfqanıstan xalqını təbrik edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əfqanıstan İslam Respublikasının Prezidenti Həmid Kərzaiyə təbrik məktubu göndərib. SİA-nın rəsmi mənbələrə istinadən verdiyi məlumata görə,

dövlətimizin başçısı məktubunda Əfqanıstan Prezidentini və xalqını milli bayram – Müstəqillik günü münasibətilə təbrik edib.

Təbrik məktubunda deyilir: "Əminəm ki, birgə səylərimizlə bundan sonra da Azərbaycan-Əfqanıstan dostluğu və əməkdaşlığının xoş ənənələrini qoruyub saxlayacaq və inkişaf etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əfqanıstan xalqına əmin-amanlıq və rifah diləyirəm".



Bütün xəbərlər Facebook səhifəmizdə