Partiya sədri: “Azərbaycan İslam Partiyasının rəhbərliyi İrandan idarə olunurlar”
Bu gün Azərbaycan İslam Partiyasının rəhbərliyində dayanan şəxslər kənardan, açıq desək, İran İslam Respublikasından idarə olunurlar. SİA-nın xəbərinə görə, bunu Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib. Onun sözlərinə görə, İslam Partiyasının rəhbərləri İrandan təlimatlanaraq bu və ya digər şəkildə fəaliyyət proqramı qururlar: "Azərbaycan İslam Partiyası mahiyyət etibarı ilə özlərinin fəaliyyətinə görə Azərbaycan dövlətçiliyinə qarşı ən son radikal mövqedə dayanırlar. Həm də onların baxışlarında Azərbaycan dövlətçiliyinə, Konstitusiyanın maddələrinə kifayət qədər zidd əməllər və fikirlər var"
Fəzail Ağamalı hesab edir ki, İslam Partiyasının rəhbərliyi Azərbaycanda İslam dövləti yaratmaq istəyini açıq şəkildə zaman-zaman etiraf edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB