Bayıl yamacında yenidən sürüşmə aktivləşib

Bayıl yamacında yenidən sürüşmə aktivləşib
Hazırda Bayıl yamacında yenidən sürüşmə aktivləşib. SİA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, sürüşmə nəticəsində Bayıldan Şəhidlər Xiyabanına gedən yolda təhlükəli vəziyyət yaranıb.


Hazırda təhlükəli vəziyyətin aradan qaldırılması istiqamətində ərazidə Bakı şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bərkitmə işləri aparır. Təhlükəli sürüşmə zonası \"Əbədi məşəl\" kompleksindən Gülüstan sarayına qədər ərazini əhatə edir.


Qeyd edək ki, hazırda əraziyə baş nazirin müavini Abid Şərifov və fövqəladə hallar naziri Kəmaləddin Heydərov əraziyə gələrək baxış keçiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə