Azərbaycan Nazirlər Kabineti avqustun sonunda iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərar qəbul edib. SİA-nın məlumatına görə, qərara əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2011-ci ilin 27 avqust istirahət günü ilə 29 avqust iş gününün yeri dəyişdiriləcək. Beləliklə, avqustun 28, 29, 30 və 31-i istirahət günləri olacaq.
Qeyd edək ki, Ramazan bayramı avqustun 30-31-nə təsadüf edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB