FHN Kazan-Bakı sərnişin avtobusunun qəzaya uğraması ilə bağlı məlumat yayıb

FHN Kazan-Bakı sərnişin avtobusunun qəzaya uğraması ilə bağlı məlumat yayıb

Azərbaycan Fövqəladə Hallar Nazirliyi Kazan-Bakı sərnişin avtobusunun qəzaya uğraması ilə bağlı məlumat yayıb. SİA-nın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Şabran rayonunda \"Mercedes\" markalı avtobus qəzaya uğrayıb. Nəticədə avtobusda olan 35 sərnişindən 10-u yaralanıb. Xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən 3 yaralı çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Yaralılar xəstəxanaya aparılıb. Digər 7 yaralıya isə hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən ilkin tibbi yardım göstərilib. Əməliyyat saat 09:30-da başa çatıb.

Qeyd edək ki, bu gün səhər saat 06.00 radələrində Kazandan Bakıya gələn sərnişin avtobusu təkərin partlaması nəticəsində qəzaya uğrayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə