Britaniyanın yeni təyin olunmuş səfiri sentyabrda Bakıya gələcək

Britaniyanın yeni təyin olunmuş səfiri sentyabrda Bakıya gələcək

Azərbaycanda diplomatik missiyası bitən Böyük Britaniya səfiri Karolin Braun (Carolyn Browne) bu həftə Bakını tərk edir. Böyük Britaniya səfirliyindən SİA-ya verilən xəbərə görə, 2007-ci ildən bəri Britaniyanın Azərbaycanda səfiri vəzifəsini tutmuş xanım Braun Azərbaycandan öncə Britaniyanın Rusiya, BMT və Avropa İttifaqındakı missiyalarında çalışıb, habelə Britaniya Xarici İşlər Nazirliyində müxtəlif vəzifələr tutub.

Karolin Braunu səfir vəzifəsində Piter Beytmen (Peter Bateman) əvəz edəcək. Yeni səfir sentyabrın sonlarında səlahiyyətlərinin icrasına başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə