Almaniya Hökumətinin İnsan haqqları və Humanitar yardım üzrə muvəkkili Markus Lüninq Azərbaycanda səfərdədir. Ombudsman aparatından SİA-ya verilən xəbərə görə, 3 gün davam edəcək səfər çərçivəsində almaniyalı müvəkkilin hüquq müdafiəçiləri, hökumət, müxalifət və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşləri nəzərdə tutulub.
Markus Lüninqin həbsxanaları ziyarət etməyi və İnsan haqqları üzrə Alman İnstitutu və Azərbaycanın İnsan haqqları üzrə Ombudsmanı Elmira Süleymanova tərəfindən birgə təşkil olunan \"BMT-nin xüsusi mexanizmi\" adlı konfransda iştirakı planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB