Rusiya və Ermənistanın dövlət başçıları Dmitri Medvedyev və Serj Sarkisyan görüşə bilər. SİA-nın xəbərinə görə, bu barədə məlumatı Rusiya KİV-ləri yayıb. Belə ki, görüş bu gün Qazaxstan paytaxtı Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan ölkə rəhbərlərinin qeyri-rəsmi sammiti çərçivəsində baş tuta bilər.
Medvedev-Sarkisyan görüşündə əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli olacaq. Qeyd edək ki, üç gün öncə Soçidə Rusiya və Azərbaycan prezidentləri Dmitri Medevdyev və İlham Əliyev arasında görüş keçirilıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB