Cavid Quliyev: \" Azərbaycan haqqında əsl həqiqətlərin beynəlxalq aləmə çatdırılması, bu istiqamətdə təbliğat və təşviqatın aparılması vacibdir\" - MÖVQE

Cavid Quliyev: \" Azərbaycan haqqında əsl həqiqətlərin beynəlxalq aləmə çatdırılması, bu istiqamətdə təbliğat və təşviqatın aparılması vacibdir\" - MÖVQE


Mədəniyyət və Turuzum Nazirliyinin Mədəniyyətşünaslıq üzrə elimi metodik mərkəzinin bölmə mürdiri Cavid Quliyevin SəsTV-yə müsahibəsi



- 12 avqust Beynəlxalq Gənclər Günüdür. Sizcə Azərbaycan gənclərinin dünya ölkələrinin gənclər ilə əlaqələri və əməkdaşlıq münasibətləri yetərlidirmi?

- 12 avqust Beynəlxalq Gənclər günüdür. Bu tarix 8-12 avqust 1998-ci ildə Lissabon şəhərində keçirilmiş gənclər nazirlərinin I toplantısında qəbul edilib. Bu münasibətlə bir neçə gün öncədən başlayaraq dünyanın müxtəlif ölkələrində təntənəli mərasimlər təşkil olunur və gənclərin cəmiyyətimizdə oynadığı rol dünya ictimaiyyətinə təşviq edilir. Gənclər üçün Təhsil Mərkəzi də ötən ilin 12 avqustundan başlayaraq, qeyd edilən "2010-gənclər ili" çərçivəsində həyata keçirilmiş silsilə tədbirlərə yekun vurmaq məqsədilə Azərbaycanın bir çox regionunda təntənəli tədbirlər keçirməyə başlayıb.

Qeyd edək ki, bu tədbirlərin əhəmiyyəti Azərbaycan gənclərinin beynəlxalq aləmə inteqrasiya olunmasını, gənclərin beynəlxalq aləmdə nüfuzunu artırdığını və beynəlxalq gənclər hərəkatlarına qoşulmağının uğurlu nəticəsi kimi qiymətləndirmək olar.

Həmçinin Azərbaycan gəncləri dünya gəncləri ilə sıx təmasdadırlar. Biz çalışırıq ki, onlarla tolerantlıq üzərində sıx əməkdaşlıq əlaqələri quraq. Xatırladım ki, bu yaxınlarda rumıniyalı gənclər ölkəmizə səfər etdilər. Bu səfər çərçivəsində onlar Quba məzarlığın ziyarət edib, ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliyin şahidi oldular. Bundan əlavə Azərbaycana səfər edən gənclər ölkənin zəngin mədəniyyəti və səfalı yerləri ilə tanış oldular. Bununla bağlı Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizim Nazirliyi müxtəlif tədbirlər həyata keçirib.

Daha sonra bir çox rayonlardan olan gənclər mədəniyyət, incəsənət, idman, elm, təhsil, texnologiya və başqa sahələrdə öz istedadlarını və qazandıqları uğurları nümayiş etdiriblər.



- Azərbaycan gəncliyinin fəallarından olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyəti, xüsusilə də "Xocalıya Ədalət" kompaniyası layihəsinin İslam Konfransı Təşkilatında tanıdılması ölkə gənclərinə nümunə sayıla bilər. Bu fikirlə razısınızmı?

- Xatırladaq ki, sözügedən kampaniyaya İslam Konfransı Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin fevralında start verilib. "Xocalıya ədalət\" beynəlxalq kampaniyasının səmərəsi ildən-ilə artır.

Onu da vurğulayım ki, İKTGF-nun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın irəli sürdüyü \"Xocalıya ədalət\" beynəlxalq kampaniyasının əsas məqsədi Xocalı soyqırımının insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınmasıdır. Leyla Əliyevanın təşəbbüsü ilə soyqırımı faktının xaricdə tanınması prosesində böyük uğurlar əldə olunub. Fond həyata keçirdiyi uğurlu layihələrlə ölkəmizin dünya miqyasındakı nüfuzunun artmasında mühüm xidmətlərə malikdir. Azərbaycan haqqında əsl həqiqətlərin beynəlxalq aləmə çatdırılması, bu istiqamətdə təbliğat və təşviqatın aparılması vacibdir.



- Prezident İlham Əliyev tərəfindən "2011-2015-ci il Dövlət Proqramı" təsdiq olunub. Azərbaycan gənclərinin milli vətənpərvərlik ruhunda böyüməsində, onların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasında nə kimi rol oynayacaq?


- Bu proqramın əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasəti, gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsi, onların intellektual və yaradıcılıq potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi istiqamətində aparılır, eyni zamanda gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir.

Hər dövrün inkişaf tempi və xüsusiyyətlərinə uyğun olaraq tələblər və çağırışlar meydana gəlir. Biz bu çağırışları aradan qaldırmaq üçün əlverişli şərait yaratmalıyıq və zəruri vasitələrə malik olmalıyıq. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının əsas məqsədi və vəzifəsi gənclərin sosial, iqtisadi problemlərinin həlli mexanizmlərini və onların intellektual mühitini təkmilləşdirməyə imkan verən şərait yaratmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə