Elçin Mirzəbəyli: “DSK-larla bağlı etirazlar sonradan ortaya çıxıb”
\"DSK-larla bağlı bölgü razılaşdırılan bir şəkildə aparılıb\". Bu sözləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib: "DSK-lar təsdiq olunanda siyasi partiyaların hər hansı bir etirazı ortaya çıxmayıb. Bu etirazlar sonradan ortaya çıxıb. Burada məqsədin nədən ibarət olduğunu bilmirəm"-deyə o, əlavə edib.
DSK-lardakı katiblərin seçilməsinə gəlincə E. Mirzəbəyli vurğulayıb ki, katiblər səsvermə yolu ilə seçilir və partiyaların istək və arzuları hər hansı formada nəzərə alınmır: "Görünür, azlıqda olan partiyalar tərəfindən irəli sürülən namizədlər arasından seçilən DSK katibləri ilə bağlı olan bir məsələdir. Nəzərə çatdırım ki, seçkilər məcəlləsinə əsasən DSK-lardakı katiblər səsvermə yolu ilə seçilir. Yəni bu təyinat deyil. Partiyaların istək və arzuları hər hansı formada nəzərə alınmır. Bu səbəbdən burada hər hansı bir qanun pozuntusundan söz açmaq tamamilə yersizdir.
Burada hər hansı AXCP-nin namizədin dəstəkləməsələr belə, buna xüsusi bir irad bildirmək də düzgün olmazdı. Çünki bu seçki orqanıdır və qərarlarını iştirakçıların iradəsinə uyğun olaraq qəbul edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB