Atəşkəsi pozan düşmən cavab atəşi ilə susdurulub

Atəşkəsi pozan düşmən cavab atəşi ilə susdurulub
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 11-də saat 17.55-dən 18.20-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, avqustun 12-də saat 00.15-dən 00.20-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 00.10-dan 00.20-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə