Ukrayna Azərbaycan və Ermənistana satdığı silah-sursatın sayını açıqlayıb
Ukrayna Dağlıq Qarabağ münaqişəsinin tərəflərinə silah satmaq ənənəsini davam etdirir. SİA-nın xəbərinə görə, Ukraynanın BMT-nin Adi Silahlar Registrinə təqdim etdiyi hesabatda bildirilir ki, rəsmi Kiyev 2010-cu ildə Azərbaycana 71 ədəd BTR, 7 ədəd özüyeriyən 122 mm-lik hərbi maşın, 1 ədəd hərbi təyyarə olan Mi-24 R, 3 min avtomat və 1 ədəd tankəleyhinə raket qurğusu satıb.
Öz növbəsində isə Ukrayna Ermənistana 16. 5 min avtomat, 2 ədəd məşq üçün L-39 təyyarəsi, 230 ədəd tüfəng və rivolver, 60 ədəd karabin, tapança, 2.501 ədəd yüngül pulemyot satıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB