Bu gün 11 ayın sultanı olan Ramazan ayının on birinci günüdür. SİA-nın xəbərinə görə, bu gün imsaq: 05:29, iftar isə 20:59-dədir. Orucluq ayının on birinci gününün duası belədir: "İlahi, bu ayda mənə Öz Köməyin sayəsində yaxşılıq etməyi sevdir, məndə bu ayda pisliyə və asiliyə ikrah doğur, qəzəbini və Cəhənnəm odunu bu ayda məndən uzat et, ey yardım istəyənlərin Yardımçısı!"
Ayə: "Onlar (müşriklər və ya onlara yardım edən yəhudilər) Allahın ayələrini ucuz qiymətə satdılar, sonra da (insanları) Onun yolundan döndərdilər (islamı qəbul etməyə mane oldular). Həqiqətən, onların gördükləri iş necə də pisdir!"("Tövbə" surəsi, ayə 9)
Hədis: "Ramazan ayının gündüz və gecəsində Quran-ı kərimdən bir ayət oxuyana, hər hərfi üçün bir şəhid savabı verilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB