Prezident İlham Əliyev: “Hesab edirəm ki, münaqişənin tezliklə həlli bütün tərəflərin marağındadır”
"Biz sizin münaqişənin həllində şəxsən yaxından iştirakınızı yüksək qiymətləndiririk". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası prezidenti İlham Əliyev rusiyalı həmkarı Dmitri Medvedevlə görüşü zamanı bildirib: "Doğma evlərindən köçürülən insanların öz daimi torpaqlarına geri qayıtması, regionda sülhün bərqarar olması üçün Azərbaycan münaqişənin tezliklə həllində çox maraqlıdır"- deyən prezident İlham Əliyev : "Aparılan danışıqlar bir qədər tərəflərin mövqelərini yaxınlaşdırıb. Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyin əsas problemidir. Hesab edirəm ki, münaqişənin tezliklə həlli bütün tərəflərin marağındadır"- əlavə edib
Azərbaycan prezidenti İlham Əliyev həmçinin Azərbaycan-Rusiya münasibətlərində hiss ediləcək dəyişiklikərin olduğunu vurğulayıb. O qeyd edib ki, ikitərəfli əməkdaşlığın bütün istiqamətləri üzrə müsbət dinamika müşahidə olunur, o cümlədən iqtisadi və humanitar, həmçinin enerji təhlükəsizliyi kimi qarşılıqlı fəaliyyət sahələrində: "Praktiki olaraq bütün məsələlər öz həllini tapıb. Bizim əməkdaşlığımız pozitiv və dinamik şəkildə inkişaf edir".
Qeyd edək ki, Rusiya və Azərbaycan prezidentləri Ermənistan prezidentinin də iştirakı ilə müntəzəm olaraq görüşürlər və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar aparırlar. Sonuncu belə görüş 24 iyun tarixində Kazanda baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB