Bu gün 11 ayın sultanı olan Ramazan ayının doqquzuncu günüdür. SİA-nın xəbərinə görə, bu gün imsaq: 05:26, iftar isə 21:01-dədir. Orucluq ayının altıncı gününün duası belədir: "İlahi, bu ayda mənə Öz geniş mərhəmətindən pay ver, mənə bu ayda Öz açıq–aşkar dəlil-sübutlarınla yol göstər, Səni razı salacaq bütün şeylərə doğru məni apar, Öz məhəbbətin xatirinə, ey arzusu olanların Pənahı!"
Ayə: "Yadınıza gətirin ki, Biz bir zaman İsrail oğullarından: "Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara ehsan (yaxşılıq, kömək) edin, insanlarla xoş danışın, namaz qılın, zəkat verin!" – deyə əhd-peyman aldıq. Sonra, az bir qisminiz müstəsna olmaqla, əhdinizdən döndünüz, çünki siz (İsrail övladı haqdan) üz döndərənsiniz". ("Bəqərə" surəsi, ayə 83)
Hədis: "Bütün yaxşılıqlardan üstün bir yaxşılıq vardır. Lakin insan Allah yolunda öldürüldükdə, daha bundan da üstün bir yaxşılıq yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB