Ayaz Mütəllibov Bakıya gəlir

Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun oğlu 49 yaşlı Azad Mütəllibov vəfat edib. Mərhum uzun sürən onkoloji xəstəlikdən dünyasını dəyişib. SİA-nın xəbərinə görə, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə bildirib ki, artıq A.Mütəllibova oğlunun vəfatı ilə bağlı məlumat verilib: "Ayaz Mütəllibov oğlunun dəfn mərasimində iştirak etmək üçün Azərbaycan gəlməyi nəzərdə tutur. Hazırda bununla bağlı hazırlıq işləri görülür. Onun Bakıya yola düşəcəyi vaxt barədə dəqiq bir söz deyə bilmərəm, amma yəqin ki, bu, gecə saatlarında olacaq".

Qeyd edək ki, yas mərasimi sabah saat 11.00-də Təzə Pir məscidində baş tutacaq. Mərhum Azad Mütəllibov Yasamal qəbiristanlığında babasının yanında dəfn olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə