Bu gün Rusiya və Gürcüstan arasında baş verən müharibədən 3 il ötür. SİA-nın məlumatına görə, 2008-ci ilin 8 avqustunda Gürcüstan tərəfinin Cənubi Osetiyada keçirdiyi hərbi əməliyyatlara Rusiyanın müdaxiləsindən sonra iki ölkə arasında savaş başlamışdı.
Rusiyanın 58-ci ordusunun qoşunları separatçı Cənubi Osetiyanın paytaxtı Sxinvaliyə daxil olaraq Gürcüstan qoşunları ilə üz-üzə gəlimişdi. Rusiya təyyarələri isə Gürcüstanın paytaxtı Tbilisi və Qori şəhərlərini bombardman edirdi. Gürcüstan ərazisinə daxil olan Rusiya qoşunları Tbilisinin 40 kilometrliyinə qədər irəlilə bilmişdi.
Avqustun 12-də Avropa Birliyi missiyası vasitəçilik edərək atəşkəsə nail olmuşdu. Avqustun 26-da Kreml hər iki separatçı dövlətin müstəqilliyini tanımışdı. Rusiya və Gürcüstan öz qoşunlarını müharibədən əvvəlki mövqelərinə çəkmək barədə razılığa gəlmişdilər.
Müharibə nəticəsində Gürcüstan 228 mülki şəxs, 184 hərbi qulluqçunun öldüyünü və ya itkin düşdüyünü bildirilib. Rusiya isə 64 hərbi qulluqçusunun və Cənubi Osetiyadan olan 162 mülki şəxsin öldüyünü açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB