"Beynəlxalq birlik, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı işğalçı Ermənistana təzyiq etməlidirlər. Əgər dünya dövlətləri bu münaqişənin həllinin vaxtının çatdığını deyirsə, onda konkret addımlar atılmalıdır". SİA-nın xəbərinə görə, bu fikirləri yap.org.az saytına açıqlamasında "Azərbaycan Respublikası Dağlıq Qarabağ icması" İctimai Birliyinin idarə heyətinin üzvü, Milli Məclisin deputatı Elman Məmmədov deyib. E.Məmmədov bildirib ki, işğalçı Ermənistan xoşluqla sülhə getmək istəmir. S.Sarkisyanın son bəyanatları da bunu bir daha təsdiqləyir. Onun sözlərinə görə, beynəlxalq birlik təcvüzkarı öz adı ilə çağırmasa və sanksiyalar tətbiq etməsə, Sarkisyan hakimiyyətinin sülhə gəlməsi real görünmür.
"Təəssüfləndirici haldır ki, Ermənistan dünyada öz adı ilə çağırılmır. Bu dövlətə işğalçı kimi yanaşanlar xeyli azdır. Əgər bu işğalçı dövlətə qarşı beynəlxalq hüquq əsasında tədbirlər görülsə, onda vəziyyət tamamilə başqa cür olardı. Amma təcavüzkarı öz adı ilə çağırmayınca, beynəlxalq birlik Ermənistandan heç bir konstruktiv addım gözləməməlidir" - deyə E.Məmmədov qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB