Ramazan təqvimi (8 avqust)

Bu gün 11 ayın sultanı olan Ramazan ayının səkkizinci günüdür. SİA-nın xəbərinə görə, bu gün imsaq: 05:25, iftar isə 21:03-dədir. Orucluq ayının altıncı gününün duası belədir: "İlahi, bu ayda mənə yetimlərdə münasibətdə mərhəmətli olmağı, çörək yedirtməyi, sülhpərvər olmağı, hörmətli adamlarla oturub-durmağı qismət elə, Öz qüdrətinin sayəsində ey, Ümid edənlərin Pənahı!"

Ayə: "O kəslər ki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır, (lazımınca) namaz qılır və onlara verdiyimiz ruzidən (ailələrinə, qohum-qonşularına və digər haqq sahiblərinə) sərf edirlər".("Bəqərə" surəsi, ayə 3)

Hədis: "Heç biriniz oruclu olduğunuz gün çirkin söz söyləməyin. Əgər biri sizi söyər və ya təhqir edərsə, \"mən orucluyam\" deyin!".

Bütün xəbərlər Facebook səhifəmizdə