Tokatda PKK terrorçularına qarşı əməliyyat keçirilib

Tokatda PKK terrorçularına qarşı əməliyyat keçirilib

Tokatda təhlükəsizlik qüvvələri PKK terrorçularına qarşı əməliyyat keçirib. SİA-nın türk mətbuata istinadən verdiyi xəbərə görə, meşəlik ərazidə terrorçularla təhlükəsizlik qüvvələri arasında bir saata yaxın atışma gedib.

Bölgəyə əlavə qüvvələr cəlb olunub, terrorçuların gizləndiyi ərazi mühasirəyə alınıb. Atışmada bir terrorçu yaralı olaraq ələ keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə