Mübariz Əhmədoğlu: \"Gedən son siyasi proseslər yaxın zamanlarda sülh müqaviləsinin imzalanmasına gətirib çıxara bilər\" - MÜNASİBƏT
Bu gün Siyasi İnnovasiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu iyul ayında ölkə daxilində və xaricdə baş vermiş siyasi hadisələrlə bağlı növbəti mətbuat konfransını keçirib. SİA-nın məlumatına görə, çıxışına Azərbaycanın hal-hazırkı geosiyasi vəziyyətini qiymətləndirməklə başlayan M.Əhmədoğlu bildirib ki, indi Azərbaycan ətrafında gedən proseslər əvvəlki illərə baxanda daha fərqlidir və mühüm əhəmiyyətə malikdir. "Mən əminliklə deyə bilərəm ki, həmin bu hadisələr Azərbaycanın lehinə cərəyan edən hadisələrdir". Daha sonra M.Əhmədoğlu bunları deyib: "Bu dəqiqə dünyanın ən diqqət yetirdiyi hadisə ABŞ-ın Əfqanıstandan və İraqdan qoşunlarını geri çəkməyidir. Burada diqqətçəkən məqam İranın qonşuluğunda artıq şiə dövlətinin yaranmasıdır. Yəni İraqda bildiyiniz kimi, əhalinin 60%-i şiədir və Amerika İraqda şiə höküməti yaratdı. Amma son zamanlar İranın siyasətində də qərbə yönümlülük müşahidə olunur. Hətta İran höküməti yəhudilərlə də münasibətlərini normallaşdırmağa cəhd edir. Burda diqqət çəkən başqa bir məqam isə İranın "Nabukko" layihəsinə alternativ qaz kəmərinin çəkilməsi lahiyəsini hazırlaması və Azərbaycanın bu sahədəki maraqlarına zərbə vurmaq istəməsidir. Yəni İranın hər siyasətinin son nəticəsi Azərbaycana ziyan vurmaqdır və mən inanmıram ki, qərb eləcə də, yəhudilər İranın sonradan onlara doğru artan meylliliyinə aldansınlar". Bundan başqa M.Əhmədoğlu onu da qeyd edib ki, ABŞ qoşunlarını Əfqanıstandan və İrqadan qoşunlarını çıxarmasına baxmayaraq Mərkəzi Asiyada gərginliyi artırır və bu bölgədən öz ölkələrinə gələn insanlara terorist ölkədən gələn insanlar kimi münasibət saxlayır\".
Daha sonra Dağlıq Qarabağ məsələsinə də münasibət bildirən M.Əhmədoğlu qeyd edib ki, bu məsələ hələ uzun müddət davam edəcək: "Düzdür, gedən son siaysi proseslər yaxın zamanlarda sülh müqaviləsinin imzalanmasına gətirib çıxarda bilər, amma erməni xislətinə bələd olduğumuzdan bu prosesin hələ də uzanacağını bizə düşünməyə vadar edir". Daha sonra Ermənistandakı qəliz siyasi-iqtisadi-sosial məsələləri də bir daha xatırladan politoloq vurğulayıb ki, bu ölkəni tərk edənlərin sayı artıq on minlərlə hesablanır. "Hətta Ermənistandakı bir mətbuat orqanın bu barədə yazı yazması Serj Sarkisyanı hökuməti bir yerə yığaraq iclas keçirməyə məcbur edib. Fikir verin, hökumət miqrasiya ilə bağlı hansısa mətbuat orqanında gedən xəbərə belə ciddi reaksiya verirsə, baxın, görün, məsələ nə dərəcədə ciddidir? Yaxınlarda cənab Prezidentimiz İlham Əliyevin: \"Çox yaxınlarda Azərbaycan 11 milyon, Ermənistan isə 1 milyon əhalisi olacaq\"- fikri Ermənistanda çox böyük psixoloji təsirə səbəb olub. Çünki onların özü də çox yaxşı bilir ki, İlham Əliyevin hər çıxışı reallığı əks etdirir və əgər Prezidentimiz bu haqda fikir bildiribsə, deməli yaxın zamanlarda bu belə də olacaq. Daha bir məsələ isə "Forbes" jurnalında gedən məlumata erməni hökumətinin reaksiyası ilə bağlıdır. Bilirsiniz ki, "Forbes" jurnalının növbəti sayında Ermənistan iqtisadi-siyasi-sosial vəziyyətinə görə axırdan ikinci, yəni Madaqaskardan əvvəl gəlir". Daha sonra politoloq Ermənistanın "Apsotol" kilsəsinin siyasi quruma çevrildiyini və ölkə daxilində dini sabitliyinin pozulduğunu vurğulayıb. Daha sonra o, erməni arxeoloqlarının İranın Salmas, Xoy və digər ərazilərində qazıntı apardığını və burda 4500-ə yaxın qədim erməni abidələrinin aşkarlandığını iddia etdiklərini vurğulayıb. \"Görün, bu ölkənin artıq bütün qonşu ölkələrə qarşı niyyəti nə yerdədir? Bunlar artıq öz xislətlərini hamıya bəyan etməyə başlayıb. Hətta Serj Sarkisyanın tələbələrə: \"Ağrı dağını siz alacaqsınız\"-bəyanı onun Türkiyə kimi nəhəng ölkəyə də ərazi iddiası olduğunu bir daha sübut edib. O, onların müstəqillik dönəmindən bəri heç bir prezidentinin demədiyini dedi və Türkiyə ilə olan münasibətlərini aşkar pisləşdirdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB