Deutsche Welle: “Ermənistan AES-i Avropanı narahat edir”

Deutsche Welle: “Ermənistan AES-i Avropanı narahat edir”

Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının (AES) seysmik təhlükəli zonada yerləşən bir obyekt kimi qonşu ölkələrlə yanaşı Avropanı da narahat etməyə başlayıb. İstismar müddəti başa çatmış bu obyekt real təhlükə mənbəyidir.

Ermənista Atom Elektrik Stansiyası dünyanın ən köhnə reaktorlarından birinə malikdir, üstəlik birinci dərəcəli zəlzələ bölgəsində yerləşir. Bu isə beynəlxalq ictimaiyyətdə narahatlıqlar yaradır. SİA-nın xəbərinə görə, bu barədə məlumat Almaniyanın \"Deutsche Welle\" radiostansiyasının rəsmi saytında yer alıb. Xəbərdə deyilir: "Ermənistan hazırda fəaliyyət göstərən Atom Elektrik stansiyasını 2016-ci ildə bağlamağı planlaşdırır. Lakin Ermənistan öz enerji təminatı və təhlükəsizliyi üçün yeni tip reaktorlar tikə biləcək. AES-in fəaliyyətinin genişlənməsi Ermənistanla Brüssel arasında gərginliyə səbəb olsa da rəsmi İrəvan tikinti planlarını geri çəkməyəcəyini bəyan edib".


Məqalədə qeyd olunur ki, Rusiya prezidenti Dmitri Medvedevin Ermənistana dövlət səfəri çərçivəsində iki ölkə arasında atom enerji blokunun inşası haqqında hökumətlərarası saziş imzalanıb. Belə ki, Rusiya, 2016-ci ildə istismara buraxıla biləcəyi qeyd edilən yeni AES blokunun maliyyəsinin 20 faizini təmin edə biləcəyini bildirib. Ermənistan hökümətinin də maliyyəsinin 20 faizini təmin edəcəyi və özəl şirkətlərlə qalan 60 faiz üçün müzakirələr aparacağı nəzərdə tutulur.


"Ermənistan kimyaçısı, Ermənistan Yaşıllar İttifaqının rəhbəri Akop Sanasaryan bildirib ki, yeni atom enerji blokunun inşası daha təhlükəsiz olacaq. Lakin blokun paytaxta yaxın tikilməsi həqiqətən də dəlilikdir".


\"Deutsche Welle\" radiostansiyasının rəsmi saytında həmçinin: "1988-ci ildə 25 min insanın həyatına son qoyan dağıdıcı Spitak zəlzələsindən sonra "Metsamor"un işi dayandırılıb, lakin 1995-ci ildə bütün beynəlxalq etirazlara baxmayaraq AES-in fəaliyyəti bərpa edilib, hətta əlavə olaraq ikinci reaktor da istehsalata buraxılıb. Avropa İttifaqı təkidlə "Metsamor"un 2011-ci ildən gec olmayaraq bağlanmasını tələb etsə və Ermənistana enerji ehtiyaclarını ödəmək üçün 100 milyon avro verməyə hazır olduğunu bildirsə də qarşı tərəf bununla razılaşmır. Ermənistan "Metsamor"u 2016-cı, uzaq perspektivdə isə 2031-ci ilədək istifadə etmək niyyətində olduğunu gizlətmir. Son 10 ildə bu zonada xeyli miqdarda kiçik zəlzələlərin baş verdiyi, seysmoloqların araşdırmalarına görə bu proseslərin intensivləşməkdə olduğu nəzərə alınarsa, "Metsamor"da böyük qəza törənəcəyi halda yalnız Ermənistan deyil, bütün Cənubi Qafqaz, Yaxın və Orta Şərq ölkələri də ciddi ziyan görəcəklər\",- deyə bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə