YAP-ın Sədr müavini Əli Əhmədov Çinin ölkəmizdəki səfiri ilə görüşüb

YAP-ın Sədr müavini Əli Əhmədov Çinin ölkəmizdəki səfiri ilə görüşüb

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini, İcra katibi Əli Əhmədov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Çjan Yannyan ilə partiyanın mənzil qərargahında görüşüb. SİA-nın yap.org.azsaytına istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında qarşılıqlı əlaqələrin, dostluq və əməkdaşlıq münasibətlərinin mövcud durumu və gələcək inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Tərəflər görüşdə həmçinin, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasındakı əlaqələrdən bəhs edib, partiyalararası münasibətlərinin daha da möhkəmləndirilməsinin zəruriliyi qeyd edilib.


YAP İcra katibinin müavini Siyavuş Novruzov görüşdə iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə