Mixail Saakaşvili: “Azərbaycanın düşməni Gürcüstanın da düşmənidir” - MÜNASİBƏT
Gürcüstan və Azərbaycan uzun illərdir dost ölkədir və bu dostluq tarix boyunca ciddi sınaqlardan keçib. SİA-nın xəbərinə görə, bunu Gürcüstanın prezidenti Mixail Saakaşvili "The Business Year" iqtisadi jurnalının Azərbaycana həsr olunan xüsusi buraxılışına müsahibəsində bildirib: "Gürcüstanla Azərbaycan regionda coğrafi vəziyyəti və tarixi bağlılığı nəzərə alaraq gərək bir-birinə dayaq ola. Biz eyni fikirləri paylaşırıq və güclü əlaqələrə malikik. Əminəm ki, birliyimiz, yaxşı münasibətlərimiz və əldə edilən ümumi nailiyyətlərimiz sayəsində bizim ölkələrimiz daha yaxşı gələcək yarada bilər. Hər iki ölkənin həll edilməmiş münaqişlərlə bağlı ciddi problemləri var, Azərbaycan və Gürcüstanın hər bir düşməni hər iki dövlətin düşmənidir. Bizim gücümüz birlikdədir, bu nəinki sözlərdir, bu, reallıqdır".
Regionda birgə layihələrin uğurla həyata keçdiyinə toxunan Mixail Saakaşvili Bakı-Tiflis-Qars dəmiryol xəttinin tikintisini xüsusi ilə vurğulayıb. Onun sözlərinə görə, bu lahiyə regionda geosiyasi dəyişikliyin olmasına sübutdur: "Tamamilə yeni strateji əlaqə nəinki Gürcüstan, Azərbaycan və Türkiyə, eləcə də Mərkəzi Asiya, Çin və Avropa arasında da yaranır. Əslində isə "İpək yolu"nun müasir variantı yaradılır. Bu layihə şübhəsiz, bizim ölkələrin uğurlu uzunmüddətli inkişafına təminat verir. Bizim münasibətlərimiz adi əlaqə deyil, bu, daha artıq bir şeydir. Azərbaycan və Gürcütan uzun illər ərzində dost ölkələrdir.
Azərbaycan-Gürcüstan dostluğunun böyük tarixə malik olduğunu deyən Gürcüstan dövlətinin lideri 2008-ci ilin yanvar ayında indiyə kimi məlum olmayan məsələlərə görə Gürcüstan işıqsız və qazsız qalanda həmin soyuq qışda gürcü xalqına Azərbaycan yardım etdiyini xatırladıb: "Baxmayaraq ki, həmin dövrdə Azərbaycan öz əhalisinə verdiyi qazı azaltmalı olmuşdu. Gürcüstan Azərbaycan xaqlının bu yardımını heç vaxt unutmayacaq. Biz bu yardımı heç vaxt unutmayacağıq, çünki Azərbaycan gürcülərin ən çətin vaxtında onlara kömək edib. Bu, nəinki strateji tərəfdaşlığın nəticəsidir, bu həm də bizim qardaşlığımızın nişanəsidir. Bizim ölkələrimiz arasında heç bir problem yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB