Nazim Fərəcov: “Sarkisyanın açıqlaması bir dövlət başçısına deyil, terror şəbəkəsinin başçısına uyğun fikirlərdir” - MÖVQE

Nazim Fərəcov: “Sarkisyanın açıqlaması bir dövlət başçısına deyil, terror şəbəkəsinin başçısına uyğun fikirlərdir” - MÖVQE

"Sarkisyanın son açıqlamaları onun düşüncə tərzini göstərir. Bu, ermənilərin özlərinə yalançı tarix yaratmaq istədiklərini, terror və işğal vasitəsilə "Böyük Ermənistan" xülyasını gerçəkləşdirməyə çalışdıqlarını ortaya qoyur. Bütün dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar Ermənistan dövlət başçısının bu açıq torpaq iddiasına münasibət bildirməlidir". SİA-nın xəbərinə görə, bu fikirləri yap.org. az saytına Milli Məclisin deputatı Nazim Fərəcov deyib.

N.Fərəcov bildirib ki, məhz Sarksiyanın iştirakı ilə Laçın rayonu işğal edilib. Milli Məclisdə Laçın rayonunun seçicilərini təmsil etdiyni deyən N.Fərəcovun sözlərinə görə, Ermənistanın işğalçılıq siyasəti nəticəsində seçiciləri 20 ilə yaxındır ki, məcburi köçkün vəziyyətində yaşayır.

"Tarixən Azərbaycan torpaqlarında məskunlaşan, sonradan isə bu torpaqlara iddialar irəli sürən ermənilərə qarşı dünya ictimaiyyəti sərt mövqe tutmalıdır. Mən inanıram ki, Azərbaycan-Türkiyə birliyi, qardaşlığı ermənilərin xalqlarımıza qarşı tutduğu düşmən və işğalçı siyasətə qalib gələcək. Artıq ermənilərin kimliyi bütün dünya dövlətləri tərəfindən tanınır, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə məhz onların maneçilik törətdikləri ortadadır. Sarkisyanın açıqlaması isə bir dövlət başçısına deyil, terror şəbəkəsinin başçısına uyğun fikirlərdir"- deyə millət vəkili qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə