Türkiyənin Əlican sərhəd məntəqəsində Serj Sarkisyanın şəklini yandırıblar

Türkiyənin Əlican sərhəd məntəqəsində Serj Sarkisyanın şəklini yandırıblar

Türkiyə-Ermənistan sərhədinin Əlican keçid məntəqəsində Serj Sarkisyanın şəklini yandırıblar. SİA-nın məlumatına görə, Ermənistan prezidentinin "Ağri Dağı" bəyanatından qəzəblənən İğdır sakinləri Ermənistanla sərhəddə etiraz aksiyası keçiriblər.

Aksiyanın təşkilatçısı olan Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin rəhbəri Göksel Gülbey Ermənistan prezidentinin həmin bəyanatını "Türkiyəyə qarşı ərazi iddiası və müharibə elanı" kimi qiymətləndirib.

Qeyd edək ki, Türkiyədə Ermənistan prezidentinin məlum bəyanatına yönəlik təpkilərin arası kəsilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə