Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun zabiti şəhid olub
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, zabit Elşad Həsənov Ermənistan Silahlı Qüvvələrinin Ağdamın işğal altında olan Yusifcanlı kəndindəki mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atəşə tutması nəticəsində başından yaralanıb.
Nazirliyin məlumatında qeyd olunub ki, Milli Ordunun zabiti iyulun 29-da axşam saat 20:30-da aldığı güllə nəticəsində dünyasını dəyişib.
23 yaşlı Elşad Həsənəli oğlu Həsənov Mingəçevir Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB