ABŞ Türkiyəni Rusiyadan uzaq mənzilli S-300 və S-400 zenit-raket komplekslərinin alacağı təqdirdə iki dövlət arasındakı münasibətlərə yenidən baxacağı ilə təhdid edib. SİA-nın xəbərinə görə, bu barədə məluamtı "Kommersant" qəzeti yayıb. Dərc olunan xəbərə əsasən Rusiyanın "Rosoboroneksport" Dövlət Korporasiyası hazırda raket tədarükünə dair müqavilənin bağlanması, həmçinin onların Türkiyə ərazisində birgə istehsalına dair imkanların razılaşdırılması istiqamətində türk tərəfi ilə danışıqlar aparsa da ABŞ-ın son müraciəti gələcək planların inkişafını sıfıra endirə bilər.
Nəşrdə qeyd olunur ki, Türkiyənin hava hücumundan və raketdən müdafiə sistemini inkişaf etdirmək üçün həyata keçirməyə hazırlaşdığı layihə T-LORAMİDS adlanır. İngiliscə qısaldılmış adın türkcə tərcüməsi "Türkiyə Uzaq Mənzilli Hava hücumundan və Raketdən Müdafiə sistemi" deməkdir. Alınacaq raketlə bağlı seçim mərhələsi başlayıb və bu çərçivədə elan edilən tenderdə ABŞ "Patriot", Çin "FD-2 BİN", Fransa və İtaliya birgə istehsal məhsulları olan "Aster -30", "SAMP-T", Rusiya isə "S-300" və "S-400" raketləri ilə yarışır.
İtaliya-Fransa ortaq şirkəti Ankarada təmsilçilik açaraq ASELSAN, ROKETSAN və AYESAŞ ilə xoş niyyət protokolu imzalayıb. ABŞ firmaları isə Birləşmiş Ərəb Əmirliklərinə satacağı "Patriot" raketlərinin anten-rele stansiyası layihəsi, istehsalı və test fəaliyyətləri üçün ASELSAN-la 12 milyon dollarlıq müqavilə imzalayıb. Rusiya da daha öncə vermək istəmədiyi "S-400" raketlərini satmağı qəbul edib.
Bütün bu hadislərin fonunda rəsmi Ankara ehtimal ki, daha real alternativ kimi Amerika "Patriot"larının alınmasına gedəcək. Burada söhbət 13 buraxıcı qurğu, 72 RAS-3 raket texnikası, bir sıra digər modifikasiyalı raket, həmçinin onları müşayiət edən avadanlıqlardan gedir. Nəşr raket silahları sahəsində mütəxəssislərə istinadən yazır ki, əsas taktiki-texniki mahiyyət baxımından Rusiya S-400-ləri Amerika "Patriot"larını bir çox imkanlarına görə üstələyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB